Həbib illər sonra SİRRİ AÇDI: Makqreqorun təhqirlərinə niyə cavab verməyib?

Həbib illər sonra SİRRİ AÇDI: Makqreqorun təhqirlərinə niyə cavab verməyib?

Hazırda oxunan: Həbib illər sonra SİRRİ AÇDI: Makqreqorun təhqirlərinə niyə cavab verməyib?

630254

Əfsanəvi dağıstanlı UFC döyüşçüsü Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla üz-üzə gəldiyi döyüşdən əvvəl rəqibinin təhqirlərinə nə üçün cavab vermədiyini açıqlayıb.

Bizim.Media bu barədə Sport24.ru-ya istinadən xəbər verir.

Nurməhəmmədov 2018-ci ildə UFC-nin yüngül çəki dərəcəsində titul döyüşündə Makqreqora dördüncü raundda boğucu fəndlə qalib gəlib. Döyüşdən əvvəl Makqreqor Nurməhəmmədovun ailəsini və dinini təhqir etmişdi.

"Niyə ona cavab vermirdim? Çünki biz bu insanlar kimi danışa bilmərik. Əgər kimsə mənimlə pis davranmaq istəyirsə, bunu üzümə deyər.
 

Bəli, pis sözlər deməkdə Konor məndən yaxşıdır, bunu müşahidə edirdim. Amma mən onun səviyyəsinə düşə bilərdimmi? Onunla pis sözlər mübadiləsi edə bilərdimmi? Xeyr, edə bilməzdim. Biz bundan üstün olmalıyıq.


Düşündüm: "Onu pis sözlərlə məğlub edə bilərəmmi? Xeyr". Onda qardaşlarıma dedim: "Kim olduğumu qəfəsin içində göstərəcəyəm. Bu, daha yaxşıdır"", - deyə Nurməhəmmədov Nyu-Cersidə (ABŞ) azarkeşlərlə görüşündə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO