
- A-
- A
- A+
İsrailin BMT-dəki nümayəndəsi: “Qəzzadakı xəstəxananı “İslami Cihad” vurub, sübutlarımız var” - VİDEO
“Əl-Əhli xəstəxanası “İslami Cihad” birləşməsinin raketi ilə vurulub. Bizim əlimizdə bunun sübut da var”.
Bizim.Media xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən deyib.
Erdan BMT Təhlükəsizlik Şurasının HƏMAS-ın İsrailə hücumlarını qınamadığına iradını da bildirib:
“BMT Təhlükəsizlik Şurası belə dəstəkverici mpvqeyi ilə HƏMAS-ın gələcəkdə də bu kimi hücumlarını davam etdirə biləcəyini nümayiş etdirir.
Xərçəngi müalicə etməyin yeganə yolu var. Onun hüceyrələrini məhv etmək. Odur ki, bu bəladan qurtulmağın yeganə yolu İŞİD və Əl-Qaidə kimi HƏMAS-ı da xərçəng hüceyrələri kimi məhv etməkdir. Odur ki, yeganə çıxış yolu HƏMAS kimi şeytani bir qruplaşmanın aradan götürülməsidir”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































