Ərdoğan Nyu-Yorkda İlon Maskla görüşdü - VİDEO

Ərdoğan Nyu-Yorkda İlon Maskla görüşdü - VİDEO

Hazırda oxunan: Ərdoğan Nyu-Yorkda İlon Maskla görüşdü - VİDEO

155682

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Tesla kompaniyasının sahibi İlon Maskla görüşüb.

Bizim.Media Anadolu agentliyinə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Maskı Nyu-Yorkdakı Türk Evində qəbul edib.

Görüş zamanı Prezident sahibkarı Tesla elektromobili istehsal edən yeddinci zavodu Türkiyədə açmağa çağırıb. Türkiyə lideri Ankaranın kosmik proqramı çərçivəsində ölkəsinin SpaceX ilə əməkdaşlığının potensial inkişafını vurğulayıb və İlon Maskı sentyabrın sonunda İzmir şəhərində keçiriləcək texnologiya sərgisində iştiraka dəvət edib.
Rəcəb Tayyib Ərdoğanın İlon Maskı Türkiyənin rəqəmsallaşma konsepsiyası və süni intellekt sahəsində milli strategiya haqqında məlumatlandırdığı da bildirilir.

Bu, Türkiyə Prezidenti ilə amerikalı sahibkar arasında ilk görüş deyil. Ötən ilin sonlarında onlar Qətərdə dünya çempionatının final matçı zamanı da görüşmüşdülər.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO