Ukrayna “Bayraktar TB2” vasitəsilə Rusiya katerini məhv edib - VİDEO

Ukrayna “Bayraktar TB2” vasitəsilə Rusiya katerini məhv edib - VİDEO

Hazırda oxunan: Ukrayna “Bayraktar TB2” vasitəsilə Rusiya katerini məhv edib - VİDEO

153468

Ukrayna Hərbi Dəniz Qüvvələri Qara dənizin şimal-qərb hissəsində “Bayraktar TB2” Rusiya katerini məhv edib: 6 hərbçi zərərsizləşdirilib, 2-si yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə USQ-nin Hərbi Dəniz Qüvvələri teleqramda məlumat yayıb.

“Qara dənizin şimal-qərb hissəsində Ukrayna SQ-nin Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi-dəniz aviasiyasının səyi ilə düşmən şəxsi heyətini quruya keçmək cəhdi zamanı KS-701 “Tunets” tipli düşmən kateri məhv edilib. 6 işğalçı zərərsizləşdirilib və 2-si yaralanıb”, - Hərbi Dəniz Qüvvələri açıqlayıb.

Əməliyyatın görüntüləri paylaşılsa da, hadisənin dəqiq tarixi bildirilməyib.

Ukraynalı hərbi ekspert və jurnalist Yuri Butusovun sözlərinə görə, əməliyyatda istifadə olunan PUA “Bayraktar TB2” olub.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO