Taxıl sazişinin bərpası ilə bağlı Türkiyədən rəsmi AÇIQLAMA

Taxıl sazişinin bərpası ilə bağlı Türkiyədən rəsmi AÇIQLAMA

Hazırda oxunan: Taxıl sazişinin bərpası ilə bağlı Türkiyədən rəsmi AÇIQLAMA

149668

“Türkiyə taxıl sazişini əvvəlki formatda bərpa etmək üçün fəal səy göstərir və Ukraynadan taxıl ixracı üçün alternativ variantları dəstəkləmir”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri bildirib.

“Türkiyə alternativ marşrutların yaradılması təkliflərini alqışlamır”, - nəşr yazıb.

Nəşr qeyd edir ki, Ankarada mövcud taxıl dəhlizinin fəaliyyətini bərpa etmək ümidi ilə BMT, Rusiya və Ukrayna nümayəndələri ilə diplomatik təmaslar davam edir. Ankaranın mövqeyi ondan ibarətdir ki, taxıl sazişinin bərpası onun əsas missiyasının həyata keçirilməsinə töhfə verəcək və Qara dəniz hövzəsində gərginliyi azaldacaq.
Qeyd edək ki, avqustun 5-də Ukrayna və Türkiyənin xarici işlər nazirləri Dmitri Kuleba və Hakan Fidan arasında reallaşan telefon danışığında taxıl sazişinin bərpası istiqamətində addımlar müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO