Venesuela prezidenti Tramp sui-qəsd təşkilində ittiham ETDİ

Venesuela prezidenti Tramp sui-qəsd təşkilində ittiham ETDİ

Hazırda oxunan: Venesuela prezidenti Tramp sui-qəsd təşkilində ittiham ETDİ
149545
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Venesuela Prezidenti Nikolas Maduro Donald Trampı ona sui-qəsddə iştirakda ittiham edib. Madura 2018-ci ildə ona qarşı sui-qəsdin təşkilində ABŞ-nin həmin dövrdəki Prezidenti Donald Trampın şəxsən iştirak etdiyini bildirib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Maduro bu barədə ölkənin Milli qvardiyasının 86-cı ildönümü ilə bağlı keçirilən tədbirdə danışıb. Onun sözlərinə görə, ABŞ administrasiyası sui-qəsdin törədilməsini Kolumbiya rəhbərliyinə tapşırıb. O bu hadisənin əsas təşkilatçılarından biri olaraq Venesuela parlamentinin keçmiş deputatı Xulio Borxesi qeyd edib.

Daha sonra o qeyd edib ki, “Kolumbiyanın keçmiş lideri Xuan Manuel Santos  hakimiyyətdə olduğu son günlərdə terror qruplaşmasının hazırlanmasını maliyyələşdirib və sui-qəsddən bir neçə gün əvvəl Venesuelada gözlənilən çöküş rejim elan edib.

Maduronun sözlərinə görə, dronların istifadəsi ilə prezidentə sui-qəsd tarixdə ilk hadisə olub. İstintaq hücumu törədənlərin tutulmasına gətirib çıxarıb, sonra onlar həbsə məhkum ediliblər. 

Qeyd edək ki, N.Maduroya qarşı sui-qəsd cəhdi 2018-ci il avqustu 4-ü baş verib. Belə ki, parad zamanı partlayıcı qurğu ilə təchiz edilən 2 pilotsuz uçuş aparatı Maduroya tərəf uçmağa cəhd edib. Prezident mühafizəsinə daxil olan snayperlər dronları vaxtında zərərsizləşdirə bilib.

Hadisə ilə bağlı 17 nəfər mühakimə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO