Ərdoğan Aşura günü ilə bağlı İslam dünyasına MÜRACİƏT EDİB - FOTO 

Ərdoğan Aşura günü ilə bağlı İslam dünyasına MÜRACİƏT EDİB - FOTO 

Hazırda oxunan: Ərdoğan Aşura günü ilə bağlı İslam dünyasına MÜRACİƏT EDİB - FOTO 

148417

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məhərrəm ayının onuncu günü – Aşura ilə bağlı müsəlman aləminə müraciət edib. 

Bizim.Media xəbər verir ki, Ərdoğan bu barədə özünün “Twitter” hesabında paylaşım edib:

“Aşura günündə xalqımıza və bütün İslam dünyasına salamlarımı çatdırıram. Məhərrəm ayının bütün bəşəriyyətə sülh və firavanlıq gətirməsini diləyirəm”. 

Türkiyənin dövlət başçısı Həzrəti Peyğəmbərin nəvəsi İmam Hüseynin və əshabələrinin şəhadəti ilə bağlı onların xatirəsini ehtiramla andığını yazıb. 

İmam Hüseyn və onun 72 tərəfdarı Hicri təqvimi ilə 61-ci ilin Məhərrəm ayının 10-da Əməvi xəlifəsi I Yezidin qoşunları tərəfindən İraqın Kərbəla şəhəri yaxınlığında qeyri-bərabər döyüşdə şəhid olublar. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO