“Bizim.Media ilə əməkdaşlığımız yeni imkanlar yaradacaq” – Malayziyanın “New Strait Times” nəşrinin rəsmisi

“Bizim.Media ilə əməkdaşlığımız yeni imkanlar yaradacaq” – Malayziyanın “New Strait Times” nəşrinin rəsmisi

Hazırda oxunan: “Bizim.Media ilə əməkdaşlığımız yeni imkanlar yaradacaq” – Malayziyanın “New Strait Times” nəşrinin rəsmisi

147926

Şuşada keçirilən Qlobal Media Forumunda iştirak edən qonaqlardan biri də malayziyalı tanınmış jurnalist, “New Strait Times” nəşrinin redaktoru Azman Abdul Hamid olub.

Qeyd edək ki, Azman Abdul Hamid Azərbaycana səfər çərçivəsində Bizim.Media-nın da qonağı olub. “New Strait Times” nəşrinin rəsmisi Azman Abdul Hamidlə Bizim.Media-nın Baş redaktoru Anar Tahirov arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Qlobal Media Forumunun önəmi, Şuşa təəssüratları... – Malayziyalı tanınmış jurnalistlə MÜSAHİBƏ


Azman Abdul Hamid ilk növbədə Bizim.Media ilə bağlı təəssüratlarını bölüşüb:

Bizim.Media-nın Azərbaycanın informasiya portalları siyahısında yüksək yer tutması, özünəməxsusluğu məni heyran etdi. Qeyd etməliyəm ki, geniş heyətiniz, uyğun iş qrafikiniz və müxtəlif istiqamətlərdə yazılar hazırlayan şöbələriniz fəaliyyət göstərir.

Üstəlik, Azərbaycanın daxilində və xaricində bir çox regionlarda əməkdaşlarınız fəaliyyət göstərir. Bu da portalın səmərəli fəaliyyəti üçün lazımi imkanlar yaradır. Düşünürəm ki, siz əlinizdəki imkanlardan maksimum yararlanmaqla peşəkarlıqla çalışırsınız”.
“New Strait Times” nəşrinin rəsmisi Bizim.Media ilə əməkdaşlıqdan gözləntilərini də açıqlayıb:


“Yaxın zamanda Bizim.Media ilə əməkdaşlığımız başlayacaq. Təbii ki, bu əməkdaşlığın hər iki media qurumu üçün mühüm imkanlar yaradacağına inanıram. İki media qurumu arasında əlaqələrin inkişafının informasiya mübadiləsi baxımından önəmli olduğunu düşünürəm.

Ümid edirəm ki, əməkdaşlığımız bir-birindən minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrimizin informasiya məkanının yaxınlaşmasına imkan yaradacaq”.

Qeyd edək ki, iyulun 22-23-də Şuşada Qlobal Media Forumu keçirilib. Milli Mətbuat Gününə həsr olunan Forumda dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın qonaq iştirak edib.

Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO