“ABŞ Polşada, Rusiya isə Kubada nüvə silahı yerləşdirəcək” – Qiyamət ssenarisi REALLAŞIR?

“ABŞ Polşada, Rusiya isə Kubada nüvə silahı yerləşdirəcək” – Qiyamət ssenarisi REALLAŞIR?

Hazırda oxunan: “ABŞ Polşada, Rusiya isə Kubada nüvə silahı yerləşdirəcək” – Qiyamət ssenarisi REALLAŞIR?

147478

Rusiya Venesuela və Kubada nüvə başlıqları yerləşdirə bilər.

ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat agentliyi Rusiya prezidenti Vladimir Putinin taktiki nüvə silahlarının ilk partiyasının Belarusa təhvil verilməsi ilə bağlı bəyanatına "şübhə etmək üçün heç bir əsas olmadığını” bildirib. ABŞ kəşfiyyat rəsmiləri bəyan ediblər ki, onların silah transferində "müəyyən uğur əldə etdiklərinə” şübhə etməyə əsas yoxdur.

Bu barədə CNN kəşfiyyat rəsmilərinə istinadən məlumat yayıb. 

Qeyd edək ki, ötən ay Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Putin Belarus ərazisinə ilk nüvə başlıqlarının gətirildiyini bəyan edib.

Görəsən, Rusiyanın bu addımına Vaşinqtonun cavabı nə olacaq?

Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, ABŞ Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsinə cavab olaraq, Polşa və Baltikyanı ölkələrdə raketlər yerləşdirəcək. Ancaq Rusiya da ona adekvat olaraq, Venesuela və Kuba kimi ABŞ-a yaxın ölkələrdə orta mənzilli raketlər yerləşdirəcək: 

“Prinsip etibarı ilə ABŞ onsuz da zamanında Rusiya və NATO arasında əldə edilmiş razılığın şərtlərini çoxdan pozub. Söhbət 1997-ci ildə tərəflər arasında NATO-nun Şərqə doğru genişlənməyəcəyilə bağlı qurumun üzərinə götürdüyü öhdəliklərdən gedir. Məhz ABŞ-ın səyləri nəticəsində NATO-nun Şərqə doğru genişlənməsilə məlum postsovet və postkommunist ölkələrində artıq NATO bazalarının yerləşdirilməsinin şahidiyik. 

Putinin Belarusda taktiki nüvə silahları yerləşdirməsinə cavab olaraq, ABŞ-ın da  Baltikyanı ölkələr və Polşada adekvat addım atacağı istisna deyil. Amma bununla da məsələ bitməyəcək. Rusiya belə olan halda, ABŞ-ı kifayət qədər narahat edəcək başqa qərarlar da verə bilər. Bununla bağlı Putinə müəyyən çağırışlar da ünvanlanıb. 
Moskva ABŞ-ın Polşa və Baltikyanı ölkələrdə raketlər yerləşdirməsinə növbəti cavab olaraq Latın Amerikası ölkələrində, Venesuela və Kubada özünün orta mənzilli nüvə başlıqlarını yerləşdirməyə doğru gedə bilər”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO