“Çevrilişə qarşı dirəniş zamanı Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayraqları da dalğalandırılıb” – Cahit Bağçı

Hazırda oxunan: “Çevrilişə qarşı dirəniş zamanı Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayraqları da dalğalandırılıb” – Cahit Bağçı

146349

“Yeddi il əvvəl çevrilişə qarşı dirəniş zamanı Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayraqları da dalğalandırılıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirindəki çıxışı zamanı deyib.

“15 iyul hadisələri şəhidlərinin xatirəsini hörmətlə anır və qazilərimizə bir daha təşəkkür edirik. Türkiyədə bu hadisələrdən öncə də çevrilişə cəhdlər olub. Lakin xalqımızın göstərdiyi şücaətlə 15 iyul hadisələri öncəkilərdən fərqləndi. Bu hadisələri güclənən Türkiyəyə qarşı atılmış geosiyasi addım kimi dəyərləndiririk”.

Diplomat əlavə edib ki, 15 iyul Türkiyəyə qarşı atılan xain addımların son pərdəsi idi:

“Xalqımız həmin gecə 81 vilayətdə öz iradəsini göstərdi və demokratiyaya bir daha sahib çıxdı”.

“Yeddi il əvvəl çevrilişə qarşı dirəniş zamanı 44 günlük Vətən müharibəsində olduğu kimi Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayraqları da dalğalandırılıb. Bu, iki qardaş xalqın bir-birinə bağlığının daha bir sübutu idi”-, C. Bağçı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO