Rusiya turistləri artan qiymətlər fonunda Türkiyədən VAZ keçmir

Hazırda oxunan: Rusiya turistləri artan qiymətlər fonunda Türkiyədən VAZ keçmir

146333

Rusiyadan Türkiyəyə turlar 50 faizdən çox bahalaşıb. Amma ruslar hələ də Türkiyəyə səyahət etməkdən vaz keçmirlər. Baxmayaraq ki, Rusiyanın özündə bir çox otellər endirimlər edib.

Bununla belə çoxları yenə də sevimli Antalya çimərliklərindən və 4-5 ulduzlu otellərdən əl çəkmirlər.

Rusiyanın Səyahət Agentlikləri Alyansının (ATA) icraçı direktoru Natalya Osipova yerli KİV-lərə bildirib ki, Türkiyədə bu yay tətili həqiqətən də bahalı zövqə çevrilib:

"Haradasa qiymətlər 20-70% arasında bahalaşıb. Bu da inflyasiya ilə türk lirəsinin dəyərdən düşməsi ilə bağlıdır. Bir sözlə, Türkiyədə inflyasiya öz diktəsini edir. Nəzərə alaq ki, bizdə də dollar, avro bahalaşıb. Bu da qiymətlərə təsir edir”.

İcraçı direktorun fikrincə, Türkiyəyə vauçerlər daha da bahalaşa bilər:

"Hələ də yaxşı haldır ki, aviaşirkətlərin marjaları aşağı səviyyədə saxlayıb və valyuta qiymətlərinə yenidən baxmayıb. Əks halda, biz xərclərdə daha da böyük artım hiss edərdik".

Natalya Osipova onu da qeyd edib ki, yüksək qiymətlər rus turistlərini qorxutmur. Əksinə 5 ulduzlu lüks oteldə istirahət etməyi planlaşdıranların sayı durmadan artır.

Qeyd edək ki, hər yay Rusiyadan Türkiyəyə 3 milyona yaxın turist gəlir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO