Rusiyanın 16

Rusiyanın 16 "Shahed" və PUA-sı məhv EDİLDİ

Hazırda oxunan: Rusiyanın 16 "Shahed" və PUA-sı məhv EDİLDİ
146162
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna ordusu ötən sutka ölkənin cənub hissəsində Rusiyanın İran istehsalı olan 16 “Shahed-136/131” pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu ötən gün 17 “Shahed-136/131” PUA ilə Ukrayna ərazisinə hücum edib.

Məlumata görə, ötən sutkada Rusiyanın kəşfiyyatçı 7 pilotsuz uçuş aparatı da məhv edilib.

Baş Qərargahın informasiyasına əsasən, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiyanın 236 590 hərbçisi məhv edilib.

Rusiya ordusunun digər döyüş itkiləri 4 097 tank, 8 008 zirehli maşın, operativ-taktiki 3 783 PUA, 4 449 artilleriya sistemi, 423 hava hücumundan müdafiə sistemi, 680 reaktiv yaylım atəş sistemi, 1223 qanadlı raket, 315 təyyarə, 310 helikopter, 7 019 avtomobil və tanker, 662 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO