Ərdoğan: “İsveç Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək” - VİDEO

Ərdoğan: “İsveç Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək” - VİDEO

Hazırda oxunan: Ərdoğan: “İsveç Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək” - VİDEO
145922
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsveç NATO-ya üzvlüyün dəstəklənməsi ilə bağlı əldə etdiyi razılaşmalar əsasında Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan alyansın Vilnüsdə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“İsveç bizə üçtərəfli protokolda nəzərdə tutulduğu kimi bütün terror təşkilatları ilə mübarizə üçün yol xəritəsi təqdim edəcək. Bundan sonra biz NATO-ya üzvlük protokolunu parlamentə göndərməklə növbəti mərhələyə keçəcəyik. Bu məsələ ilə bağlı qərar veriləcək. Bu prosesdə son qərar parlament tərəfindən qəbul ediləcək. O, bayramdan sonra işini bərpa etdikdə, bu beynəlxalq akta baxılacaq”, - deyə Ərdoğan bildirib.
Dövlət başçısı bunun prioritet qaydada həyata keçiriləcəyini istisna etməyib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO