Özbəkistanda prezident seçkilərinin səsverməsi başladı

Özbəkistanda prezident seçkilərinin səsverməsi başladı

Hazırda oxunan: Özbəkistanda prezident seçkilərinin səsverməsi başladı

145297

Özbəkistanda növbədənkənar prezident seçkilərində ölkənin diplomatik və digər nümayəndəliklərinin nəzdində təşkil olunmuş 39 xarici ölkədəki 56 məntəqə istisna olmaqla, demək olar ki, bütün 10 784 seçki məntəqəsində səsvermə başlayıb.

Bizim.Media xəbər verir ki, seçkilərdə onlarla dövləti və beynəlxalq təşkilatı təmsil edən 800-ə yaxın beynəlxalq müşahidəçi, o cümlədən 1500-ə yaxın yerli və xarici jurnalist akkreditasiyadan keçib.

Qeyd edək ki, Özbəkistan Xalq Demokratik Partiyasından İnoyatov Uluqbek İlyasoviç, Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, “Adolat” Sosial Demokrat Partiyasından Mahmudova Robaxon Anvarovna, Özbəkistan Ekologiya Partiyasından Abduşükür Həmzəyev seçkilərdə prezidentliyə namizəddirlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO