Daha bir prezidentə TOGG avtomobili təqdim EDİLDİ - FOTO

Daha bir prezidentə TOGG avtomobili təqdim EDİLDİ - FOTO

Hazırda oxunan: Daha bir prezidentə TOGG avtomobili təqdim EDİLDİ - FOTO
143871
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədova təqdim edilib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki ədəd ağ rəngli TOGG-un təqdimat mərasimində Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır, Ticarət və Sənaye Palatasın (TOBB) sədri Rifat Hisarcıklıoğlu da iştirak edib.

Məlumata əsasən, Serdar Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.
Avtomobil daha öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təqdim edilib.

Daha bir prezidentə TOGG avtomobili təqdim EDİLDİ - FOTO - foto 1
Daha bir prezidentə TOGG avtomobili təqdim EDİLDİ - FOTO - foto 2
Daha bir prezidentə TOGG avtomobili təqdim EDİLDİ - FOTO - foto 3
Daha bir prezidentə TOGG avtomobili təqdim EDİLDİ - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO