İlk dəfə Türkiyəyə gedən Paşinyan yenə KƏNARDA QALDI - FOTO 

Hazırda oxunan: İlk dəfə Türkiyəyə gedən Paşinyan yenə KƏNARDA QALDI - FOTO 

139562

Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentlik səlahiyyətlərinin icrasına başlama mərasimində iştirak etmək üçün Türkiyəyə səfət edib. 

Bizim.Media xəbər verir ki, Ərdoğan mərasimdə çıxışı zamanı digər ölkələrdən qonaq gələn prezidentləri və hökumət başçılarını adbaad salamlasa da, Nikol Paşinyanın ismini çəkməyib. 

Belə ki, o, başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, bir sıra ölkələrin, o cümlədən Bolqarıstan, Venesuela, Qazaxıstan, Qırğızıstan, Pakistan və Özbəkistanın prezidentləri və hökumət başçılarını, NATO-nun baş katibi Yens Stoltenberqi salamlayaraq, onlara təşəkkür edib. 
Qeyd edək ki, Ermənistanın baş nazirini Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qarşılayıb. 

Paşinyanın mətbuat xidməti isə onun Ərdoğanın andiçmə mərasimində iştirakı ilə bağlı məlumatı sadəcə fotolarla yayıb. 

Qeyd edək ki, bu, Paşinyanın Türkiyəyə ilk səfəridir.  




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO