Sahibə Qafarova Matviyenkonu Ermənistanın son hərbi təxribatı barədə MƏLUMATLANDIRDI - FOTO

Sahibə Qafarova Matviyenkonu Ermənistanın son hərbi təxribatı barədə MƏLUMATLANDIRDI - FOTO

Hazırda oxunan: Sahibə Qafarova Matviyenkonu Ermənistanın son hərbi təxribatı barədə MƏLUMATLANDIRDI - FOTO

130624

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində aprelin 13-də bu ölkənin Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə Ermənistanın 11 aprel tarixində törətdiyi hərbi təxribat barədə məlumat verib. 

Spiker deyib ki, bu kimi təxribatların beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. 
Sahibə Qafarova qeyd edib ki, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, Azərbaycana qarşı apardığı təxribatlar nəinki ölkəmizin ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.: "Ona görə də Ermənistanın bu addımları ciddi şəkildə qınanılmalıdır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO