Putinin köməkçisi Qutseriyevin oğlunun toyuna əsəbi reaksiya verdi

Putinin köməkçisi Qutseriyevin oğlunun toyuna əsəbi reaksiya verdi

Hazırda oxunan: Putinin köməkçisi Qutseriyevin oğlunun toyuna əsəbi reaksiya verdi

129476
Azərbaycanda da neft aktivləri olan inquş milyarder Mixail Qutseriyevin oğlunun olduqca dəbdəbəli toy mərasimi hələ də mətbuatın diqqətindədir. Virtualaz.org xəbər verir ki, bu gün prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskova həmin toy haqda sual veriblər.xa0

“28 yalı Səid Qutseriyevin toyunun o cür dəbdəbəli keçməsini nəzərə alaraq hesab etmək olarmı ki, biznesin vəziyyəti heç də pis deyil?”x9d - jurnalistlərdən biri Peskovdan soruşub.

Putinin köməkçisi bu suala bir qədər əsəbi cavab verib: “Bu, qətiyyən Kremlə dəxli olan məsələ deyil. Biznes qanunvericiliklə qadağan olunmayan hər şeylə məşğul ola bilər. Hesab edirəm ki, ümumiyyətlə məsələnin bu müstəvidə qoyulması mümkün deyil. Biz işdə toyla məşğul olmuruq”x9d.


“Əsrin toyu”x9d martın 26-da Moskvada Telman İsmayılovun “Safisa”x9d şadlıq sarayında olub. Qutseriyev toya Cenifer Lopes, İnrike İqlesias və digər ulduzları dəvət edib, onlara milyonlarla dollar qonorar ödəyib. “The Daily Mail”x9d qəzeti isə toyun ümumi xərci barədə fantastik rəqəm səsləndirib-1 milyard dollar!

Putinin köməkçisi milyarderin oğlunun toyunu şərh etməkdən imtina etsə də Kremlə bağlı KİV-lərdə Qutseriyevin bu dəbədəbə nümayişi yaxşı qarşılanmır. Məsələn, “Rossia 24”x9d telekanalı onun keçmişdə topdansatış meyvə-tərəvəz bazasında hambalçılıq etdiyini yada salıb. Habelə Telman İsmayılovun da vaxtilə Antalyada “Mardan Palace”x9d otelinin açılışına Cenifer Lopes kimi ulduzları dəvət etdiyi xatırladılır...


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO