Hulusi Akar:

Hulusi Akar: "Minsk Qrupunun fəaliyyətsizliyi erməniləri daha da təhrik edib"

Hazırda oxunan: Hulusi Akar: "Minsk Qrupunun fəaliyyətsizliyi erməniləri daha da təhrik edib"
129024
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"ATƏT-in Minsk Qrupunun 30 illik fəaliyyətsizliyi erməniləri daha da təhrik edib"

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar erməni hadisələri ilə bağlı seminardakı çıxışında deyib.

Onun sözlərinə görə, Türkiyənin Ermənistanla əlaqələrinin bir hissəsi Ermənistan-Azərbaycan münasibətləri ilə bağlıdır: "Ermənistan 30 il əvvəl Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Nəticədə bir milyona yaxın insan qaçqın düşüb.

Həmçinin Xocalı faciəsini də hələ unutmamışıq. Beynəlxalq ictimaiyyət bu illər ərzində Azərbaycanın səsini eşitməyib, Minsk Qrupunun fəaliyyətsizliyi isə erməniləri daha da təhrik edib. Azərbaycan da sonda Vətən müharibəsinə başlamağa məcbur oldu".
H.Akar Türkiyənin bundan sonra da həmişə Azərbaycanın yanında olacağını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO