Avropa Parlamentində növbəti KORRUPSİYA QALMAQALI - Hakim partiyanın qərargahında POLİS ƏMƏLİYYATI 

Avropa Parlamentində növbəti KORRUPSİYA QALMAQALI - Hakim partiyanın qərargahında POLİS ƏMƏLİYYATI 

Hazırda oxunan: Avropa Parlamentində növbəti KORRUPSİYA QALMAQALI - Hakim partiyanın qərargahında POLİS ƏMƏLİYYATI 

128937

Belçika və Almaniya polis orqanlarının nümayəndələri bu gün korrupsiya iddiası ilə bağlı təhqiqat aparmaq üçün Avropa Xalq Partiyasının (AXP) Brüsseldəki qərargahında olublar. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat partiya tərəfindən də təsdiq edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Avropa Parlamenti Rusiyaya qarşı yeni QƏTNAMƏNİ təsdiqlədi


Belə ki, Partiyanın verdiyi açıqlamada aparılan yoxlamaların Almaniyanın Türingiya şəhərində davam edən araşdırma ilə bağlı olduğu bildirilib: 

“Partiya aidiyyəti orqanlarla tam şəffaf şəkildə əməkdaşlıq edir, bütün müvafiq məlumat və sənədləri polis əməkdaşlarına təqdim edir”. 

AXP istintaqla bağlı əlavə məlumat verməyib. 

Almaniya mediasında yayılan xəbərlərdə isə qeyd olunub ki, araşdırmalar korrupsiya və rüşvətxorluqda şübhəli bilinən Almaniya Xristian Demokratlar Birliyinin Türingiya vilayəti üzrə lideri Mario Voigta qarşı yönəlib. 

Belə ki, Voigt 2019-cu il seçkiləri dönəmində Avropa Xalq Partiyasında çalışıb. 

Bildirilib ki, müstəntiqlər Voigtin bu müddət ərzində nə qədər vəsait aldığını və ya mənimsədiyini müəyyənləşdirməyə çalışırlar. 

Voigt isə barəsində səsləndirilən ittihamları rədd edib. 

Məlumat üçün bildirək ki, AXP Avropa Parlamentində ən çox mandata sahib olan siyasi partiyadır. Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Parlamentinin sədri Roberta Metsola, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və İsveçin baş naziri Ulf Kristersson da daxil olmaqla, Avropanın ən tanınmış siyasətçilərindən bir çoxu məhz bu partiyanın üzvləridir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO