Opera ifaçımız Nyu-Yorkda keçirilən müsabiqədə qızıl medal qazandı - FOTO 

Opera ifaçımız Nyu-Yorkda keçirilən müsabiqədə qızıl medal qazandı - FOTO 

Hazırda oxunan: Opera ifaçımız Nyu-Yorkda keçirilən müsabiqədə qızıl medal qazandı - FOTO 
127696
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ABŞ-ın Nyu-York şəhərində keçirilən "American International Vocal Competition of Opera Singers 2023" beynəlxalq opera ifaçılarının vokal müsabiqəsində iştirak edən gənc opera ifaçısı Urfan Cəfərov 67 ölkə arasında qızıl medal qazanaraq 1-ci yer tutub. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, o, müsabiqənin qalibi kimi solo konserti üçün prestijli sertifikat alaraq, dünyanın ən məşhur konsert salonlarından biri olan Carnegie Hall-da Azərbaycanı ilk dəfə təmsil etmiş və solo ifa edən ilk azərbaycanlı gənc ifaçı olub. 

Qeyd edək ki, Cəfərov "Carnegie Hall"da keçirilmiş nüfuzlu vokalçıların müsabiqəsinin final mərhələsinə birbaşa vəsiqə əldə edərək qalib adını qazanıb. 
Bu musabiqə gənc ifaçıların dünya şöhrətli səhnədə solo konsertini təmin edən yeganə platformadır. 

Cəfərov daha əvvəl respublika və beynəlxalq müsabiqələr laureatı, opera ifaçılarının Avropa Çempionu və Gənclər Mükafatçısı, Azərbaycan Milli İnciləri Mükafatçısı, Qızıl Səs mükafatı laureatı (İngiltərə-London) mükafatlarına layiq görülüb. 

Opera ifaçımız Nyu-Yorkda keçirilən müsabiqədə qızıl medal qazandı - FOTO  - foto 1
Opera ifaçımız Nyu-Yorkda keçirilən müsabiqədə qızıl medal qazandı - FOTO  - foto 2
Opera ifaçımız Nyu-Yorkda keçirilən müsabiqədə qızıl medal qazandı - FOTO  - foto 3
Opera ifaçımız Nyu-Yorkda keçirilən müsabiqədə qızıl medal qazandı - FOTO  - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO