Moskva vilayətinin Odinçovo şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı "Rusiya Media Qrupu" holdinqinin departament rəhbəri Asya Lavrina həlak olub.
Şahidlərin sözlərinə görə, Asya Lavrinanın olduğu taksi yol kənarında dayanan yol xidmətinə məxsus avtomobillə toqquşub.
Qəza nəticəsində taksi sürücüsü sağ qalsa da, Lavrinanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Rusiya Media Qrupuna erməni əsilli Roman Sərkisov rəhbərlik edir. Sərkisov ötən ilin noyabrında holdinqin baş direkroru vəzifəsinə təyin olunub. (axar.az )

































































































