Qarabağda inşa olunan körpü və tunellərin sayı açıqlandı - VİDEO

Qarabağda inşa olunan körpü və tunellərin sayı açıqlandı - VİDEO

Hazırda oxunan: Qarabağda inşa olunan körpü və tunellərin sayı açıqlandı - VİDEO

607447

AAYDA işğaldan azad olunmuş ərazilərdə yol layihələrinin tikintisinə dair məlumat açıqlayıb.

Bu barədə Bizim.Media-ya qurumdan məlumat verilib.

Bildirilib ki, ümumi uzunluğu 3 878,1 km olan 68 layihə üzrə tikinti işlərinin aparılması nəzərdə tutulur.

Ümumi uzunluğu 1 454,3 km olan 30 layihə üzrə tikinti işləri başa çatdırılıb.

Hazırda ümumi uzunluğu 2 432,8 km olan 38 layihə üzrə tikinti işləri davam etdirilir.

Tunellər:

Ümumi uzunluğu 71,2 km olan 48 tunelin tikintisi nəzərdə tutulur.

Ümumi uzunluğu 13,6 km olan 7 tunelin tikintisi başa çatdırılıb.

Ümumi uzunluğu 57,6 km olan 41 tunelin tikintisi davam etdirilir.

Körpülər:

Ümumi uzunluğu 9 581,6 metr olan 447 körpünün tikintisi nəzərdə tutulur.

Ümumi uzunluğu 8 839,1 metr olan 392 körpü artıq inşa edilib.

Viaduklar:

Ümumi uzunluğu 3 871 metr olan 16 viadukun tikintisi nəzərdə tutulur.

Ümumi uzunluğu 1 965 metr olan 9 viadukun tikintisi başa çatdırılıb.

Bildirilib ki, yol infrastrukturunun genişmiqyaslı bərpası davam etdirilir.


Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO