İstanbulda zəlzələ səbəbindən 1,5 milyon ev KÖÇÜRÜLƏCƏK

İstanbulda zəlzələ səbəbindən 1,5 milyon ev KÖÇÜRÜLƏCƏK

Hazırda oxunan: İstanbulda zəlzələ səbəbindən 1,5 milyon ev KÖÇÜRÜLƏCƏK
124562
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin hakimiyyət orqanları 17 milyonluq İstanbul şəhərində yeddi baldan yuxarı mümkün zəlzələ səbəbindən dağılma ehtimalı olan 1,5 milyon yaşayış binasının sakinlərini beş il ərzində köçürməyi planlaşdırır. 

Bizim.Media xəbər verir ki, bu barədə CNN Türk telekanalı Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kuruma istinadla məlumat yayıb. 

“Türkiyə ərazisinin 70 faizdən çoxu seysmik zonada yerləşir. Belə rayonlardan biri olan İstanbulda beş il ərzində 1,5 milyon ev köçürüləcək. Şəhərin Avropa və Asiya hissələrinin hər birində 500 min və söküləcək binaların yerində də bir o qədər yeni bina tikiləcək”, - deyə nazir bildirib. 
Türkiyənin Seysmologiya Xidməti Anadolu və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşən İstanbulda 7-7,5 bal gücündə zəlzələ proqnozlaşdırır. Belə zəlzələ 90 min evin dağılmasına, 260 min evin zədələnərək yaşamaq üçün yararsız hala düşməsinə, 4,5 milyon sakinin evsiz qalmasına səbəb ola bilər. 

1999-cu ilin avqust ayında İstanbul yaxınlığında 7,6 bal gücündə zəlzələ baş verib. Episentri İstanbuldan 80 kilometr məsafədə - İzmit şəhərində yerləşən zəlzələ 17,2 min insanın həyatına son qoyub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO