Vyanada Ümumavropa Xocalı aksiyası keçirilir - VİDEO

Vyanada Ümumavropa Xocalı aksiyası keçirilir - VİDEO

Hazırda oxunan: Vyanada Ümumavropa Xocalı aksiyası keçirilir - VİDEO
122668
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 26-da Vyana şəhərinin mərkəzində yerləşən Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş izdihamlı Ümumavropa Xocalı aksiyası keçirilir.

Bizim.Media xəbər verir ki, Avropadakı Azərbaycan diaspor qurumlarının təşkilatçılığı ilə keçirilən aksiyada Avropanın 31 ölkəsindən, ümumilikdə isə 74 şəhərdən soydaşlarımız, habelə Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri və xarici jurnalistlər iştirak edirlər. Aksiyada Azərbaycanla bərabər, müxtəlif ölkələrin bayraqları dalğalanır.

Tədbir Azərbaycan və Avstriyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarından keçənlərin, Xocalı soyqırımı qurbanlarının, eləcə də Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aksiyada BMT-nin bütün rəsmi dillərində şüarlar səsləndiriləcək, beynəlxalq ictimaiyyətə ədalət çağırışları ediləcək.

Bizim.Media
 


Vyanada Ümumavropa Xocalı aksiyası keçirilir - VİDEO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO