Türkiyəli şoumen Bəyaz PKK-nı təbliğ etməkdə ittiham olunur

Türkiyəli şoumen Bəyaz PKK-nı təbliğ etməkdə ittiham olunur

Hazırda oxunan: Türkiyəli şoumen Bəyaz PKK-nı təbliğ etməkdə ittiham olunur

115491
Türkiyənin İstanbul şəhərinin Bakırköy rayon Cümhuriyyət Prokurorluğu məşhur şoumen Bəyazıt Öztürk (Bəyaz) haqqında təhqiqata başlayıb.

Bu barədə prokurorluğun rəsmi açıqlamasında bildirilib.

““Kanal D”x9d televiziyasında 8 yanvar 2016-cı il tarixində efirə gedən “Beyaz Show”x9d proqramında terror təşkilatının təbliğatının aparıldığı iddiası ilə əlaqədar təhqiqata başlanıb. Proqramın videoyazısı araşdırılır. Proqrama məsul olan şəxs, aparıcı və canlı yayına çıxan şəxs də aparılan araşdırmaya daxildir”x9d.

Qeyd edək ki, “Beyaz Show”x9dya canlı telefon bağlantısı ilə qoşulan və özünü “Aişə müəllimə”x9d kimi təqdim edən qadın ölkənin cənub-şərqində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda uşaqların öldürüldüyünü bildirib. Bəyaz və zalda proqramı izləyən tamaşaçılar isə qadını alqışlayıb.

Sosial və ənənəvi mediada etirazlar başladıqdan sonra Bəyaz “Kanal D”x9dnin efirində üzr istəyib:

 “Mən polis övladıyam. Ailədə vətənimizə, millətimizə, bayrağımıza bağlılıq duyğuları ilə böyüdük. Məndən belə bir şey necə gözləyə bilərlər? Qadın “burada uşaqlar ölür, bunun fərqindəsinizmi?”x9d dedikdən sonra beynim dayandı. Belə çıxdı ki, orada uşaqlar ölür, biz isə burada əylənirik. Konsentrasiyamı itirdim. Həmin an öz daxili səsimi dinləyirdim və telefonda danışan qadını dinləyə bilmədim.

“Hər zaman həssas olacağıq, daha diqqətli olmağa çalışacağıq, təşəkkür edirəm, alqışlar”x9d dedim. Müəllimə olduğunu söylədi, mən də bizim təhsil sistemimizdə çalışan müəllimə olduğunu düşündüm. Lakin Təhsil Nazirliyi belə bir müəllimənin olmadığın açıqladı. İstəmədən bəzilərini üzmüşüksə və incitmişiksə, üzr istəyirəm”x9d.  (Oxu.Az )
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO