Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırmaq istəyir

Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırmaq istəyir

Hazırda oxunan: Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırmaq istəyir
109545
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Türkiyə Azərbaycan və Türkmənistandan elektrik enerjisi idxalı məsələsini müzakirə etməyə hazırdır". 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı deyib. 

Ərdoğan hesab edir ki, bu sahədə idxal-ixrac əməliyyatları artırılmalıdır: 

“Regionda ölkələrimiz arasında qarşılıqlı elektrik enerjisi ticarətinin inkişaf etdirilməsini önəmli hesab edirik. Bu çərçivədə Türkmənistan və Azərbaycanda ölkəmizə elektrik enerjisinin idxalı məsələsində də çalışmağa hazırıq”. 

Qeyd edək ki, bu gün tədbir çərçivəsində Azərbaycan-Türkiyə-Türkmənistan arasında energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. 
“Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO