Ermənistanın səfiri Yanukoviçin yaxın adamını gizlədir   - FOTOLAR

Ermənistanın səfiri Yanukoviçin yaxın adamını gizlədir - FOTOLAR

Hazırda oxunan: Ermənistanın səfiri Yanukoviçin yaxın adamını gizlədir - FOTOLAR

107181

Yanukoviçin meşəbəyisinin malikanəsi toxunulmaz olub.

Meşə Resursları Agentliyinin sabiq rəhbəri Viktor Sivtsanın arvadı Marina Juravlyovanın evi Ermənistanın səfirinin iqamətgahına çevrilib. Bu barədə “Qlavkom”x9d “Corrupt.UA”x9dya istinadən məlumat yayıb.

Oxu.az xəbər verir ki, reyesterin məlumatına əsasən, Juravlyova Kiyevin Peçerski rayonunda Miçurin küçəsində 29,31,33 nömrəli evlərə sahibdir.

Evlərdən ən böyüyü olan 31 nömrəli ev 1086 kvadratmetr sahəyə malikdir. Hal-hazırda evin darvazasında “Ermənistanın Ukraynadakı səfirinin iqamətgahı”x9d lövhəsi asılıb. Bununla yanaşı əmlak reyesterində bu evin icarəyə verilməsinə dair məlumatlar yoxdur.

Diplomatik münasibətlərə dair Vyana konvensiyasına görə, səfirin iqamətgahı səfirliyin ərazisi kimi toxunulmazdır. Müvafiq olaraq bu, Sivtsa üçün özünəməxsus immunitetdir, bu yolla o özünü hüquq-mühafizə orqanları tərəfindən axtarışdan qorumuş olur. İndi bu daha vacibdir, belə ki, onun arvadı mütəmadi olaraq işlərlə əlaqədar Ukraynaya gəlir və məhz bu evdə qalır.

2010-cu ildən Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyandır. Onun iqamətgahının harda yerləşdiyi və harada yaşadığı barədə suala səfirlikdə cavab vermədilər.

Sivtsa sabiq prezident Yanukoviçin yaxın adamlarından idi. O, prezidentin tennis üzrə tərəfdaşı və “Kedr”x9d Prezident ovçular və balıqçılar Klubunun üzvü idi.

KİV-in məlumatına görə, Yanukoviç ölkədən qaçdıqdan sonra Sivts Moskvaya köçüb.

Məlumdur ki, Sivts Ukraynada taxta və meşə məmulatları alan xarici şirkətləri özəl firmaya marketinq xidmətinə görə pul ödəməyə məcbur edən Dövlət meşə resurslarının agentliyinin vəzifəli şəxslərinə dair açılmış cinayət icraatında fiqurantdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO