Qazaxıstan prezidenti Nursultan Nazarbayev onu hakimiyyətdə əvəz edəcək şəxsin hələ də olmadığını bildirib.
Moderator.az “Qazaxstanskaya pravdaya”x9d istinadən xəbər verir ki, bu barədə Nazarbayev Astanada hökumətin genişləndirilmiş iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hələ ki, prezident kürsüsündə onu əvəzləyəcək şəxsi tapa bilməyib : “Nə zaman başlayırsan səni əvəz edəcək adamı axtarmağa, o zaman görürsən ki, ətrafındakıların hamısı əzilmişlərdir. Heç kim yoxdur, bircə mənəm. Sizin başaqa namizədiniz olmadığı üçün məndən möhkəm yapışın”x9d.
Nazarbayev onu da əlavə edib ki, başqası sizin üçün daha pis olacaq.
































































































