ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd , sabiq prezidentlər - ata Corc Buşun oğlu və oğul Corc Buşun isə qardaşı Ceb Buş Amerikanın İŞİD terror qruplaşmasına müharibə elan eləməli olduğunu bəyan edib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə o, Fransadakı son terror aktlarından sonra terrorizmlə mübarizənin gücləndirilməsi yollarından danışarkən deyib.
“Biz müharibə elan eləməli və İŞİD-i məhv eləmək üçün həm diplomatik, həm də hərbi qüvvələri birləşdirməliyik”x9d ”“ qeyd edib Buş.
Onun qənaətincə, terrorçularla vuruşan ölkələrin qələbə çalmaq imkanları var, ancaq “onlar iradə göstərə bilməyib”x9d.

































































































