
- A-
- A
- A+
Dünya
08:22 / 23.11.2022
1 dəq oxunma
Türkiyədə 5,9 bal gücündə zəlzələ oldu - VİDEO
Hazırda oxunan: Türkiyədə 5,9 bal gücündə zəlzələ oldu - VİDEO
105792
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar İstanbul və Ankara başda olmaqla, bir çox vilayətdə şiddətli şəkildə hiss olunub.
Bizim.Media xəbər verir ki, zəlzələnin episentri Düzcenin Gölyaka rayonudur.
Yerli vaxtla 04:08-də baş verən təbiət hadisəsinin ocağı yerin 6,81 kilometr dərinliyindədir.
Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələ baş verən andan indiyədək insan tələfatı ilə bağlı heç bir məlumatın daxil olmadığını deyib.
Yeraltı təkanlar Düzce ilə yanaşı, bir çox vilayətdə əhali arasında təşvişə səbəb olub.
Hazırda Düzcedə elektrik enerjisinin verilməsi dayandırılıb, ölkədə internet bağlantısı ilə əlaqədar problemlər var.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən



































































































