“Sağlam həyata doğru”x9d EİB Qaxda tədbir keçirib

“Sağlam həyata doğru”x9d EİB Qaxda tədbir keçirib

Hazırda oxunan: “Sağlam həyata doğru”x9d EİB Qaxda tədbir keçirib

98054
28 sentyabr 2015- ci ildə Qax rayonunun Mərkəzi Kitabxanasında “Sağlam həyata doğru”x9d EİB Azərbaycan Respublikasının Prezidenti yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının Maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məişət tullantılarının təmizlənməsinin insan sağlamlığına və ətraf mühitə təsiri barədə ictimai məlumatlandırmanın təşkili “ layihəsi çərçivəsində dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə “Sağlam həyata doğru”x9dEİB nin sədri Sadiq Həsənov açıb və mövzu ilə əlaqədar məruzə ilə çıxış edib. O, məişət tullantılarının toplanması, çeşidlənməsi və idarə edilməsi, habelə bu sahədə beynəlxalq təcrübə, bizim ölkədə görülən işlər və problemlər haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. S.Həsənov Qax rayonunda məişət tullantılarının toplanması və emal edilməsi ilə əlaqədar çox iş görüldüyünü, tullantıların təkrar emalı poliqonunun yaradılmasını qeyd edərək, turizm potensialı yüksək olan ekoloji təmiz bölgə kimi bu rayonun göstərilən sahədə ölkəmizin digər bölgələri üçün yaxşı nümunə olmasını bildirib.

Daha sonra layihənin tibb eksperti Həsrət Rüstəmov iştirakçılara məişət tullantılarının düzgün idarə edilməməsi nəticəsində insan səhhətinə və ümumiyyətlə canlı aləmə vurulan zərərlər və bu zaman yarana bilən xəstəliklər barədə tədbir iştirakçılarını məlumatlandırıb, vəziyyətdən çıxış yolları ilə əlaqədar fikirlərini bölüşüb.

Tədbirdə Qax rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Mətanət Əliyeva, rayon mərkəzi kitabxanasının müdiri Güllü Əhmədova, rayonun 1 saylı orta məktəbin müəlliməsi Həbibə Məmmədova və 2 saylı məktəb litseyin müəlliməsi Günay Əminova mövzu ilə əlaqədar fikirlərini bildirərək, layihənin əhəmiyyəti, bu sahədə rayonda görülən işlər barədə danışıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO