YAŞAT-ın xərclədiyi vəsaitlər açıqlandı

YAŞAT-ın xərclədiyi vəsaitlər açıqlandı

Hazırda oxunan: YAŞAT-ın xərclədiyi vəsaitlər açıqlandı
9783
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT” Fondu) daxil olan vəsaitin istiqamətlər üzrə xərcləri açıqlanıb.

Bizim.Media xəbər verir ki, fonda toplanan vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması üçün 1 672 928 manat, borc öhdəliklərinin qarşılanması üçün 123 941,74 manat, tibbi xərclərin ödənilməsi üçün 122 014,52 manat, təhsil xərclərinin ödənilməsi 30 940,99 manat xərclənib.

 

MÖVZU İLƏ BAĞLI:

"YAŞAT" daha 3 nəfəri əməliyyat etdirdi

"YAŞAT"a indiyədək daxil olan vəsait açıqlandı


Eyni zamanda, evin təmiri üçün 1 660 920 manat, bank borcları üçün 108 838,48 manat, tibbi cihaz alınması üçün isə 47 270,80 manat vəsait sərf olunub.

Qeyd edək ki, indiyədək fondda 27 610 701,33 manat toplanıb. Həmin vəsaitin 11 176 564,78 manatı xərclənib. Vəsaitin qalığı isə 25 812 967,82 manatdır.

Həmçinin fond tərəfindən bu günədək 1624 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Fond tərəfindən indiyədək 2725 şəhid ailəsi ziyarət olunub, 149 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 11 708-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO