\

\"YAŞAT\" daha 3 nəfəri əməliyyat etdirdi

Hazırda oxunan: \"YAŞAT\" daha 3 nəfəri əməliyyat etdirdi
9009
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“YAŞAT" Fondu tərəfindən ağır yaralanan qazilərimizin və şəhidlərimizin ailə üzvlərinin müraciətləri diqqət mərkəzində saxlanılır, onların ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, Fond tərəfindən bu gün daha 48 şəhid ailəsi üzvünün özlərinin müəyyən etdiyi tibbi zərurət üzrə müayinədən keçirilməsi, 3 nəfərin isə əməliyyatı təmin edilib.

Həmçinin qazilərimiz Nəsirov Kənan Füzuli oğlunun müalicəsi ilə əlaqədar yaranan əlavə xərclər, Xaliqov Seyidəkbər Vaqif oğlunun və Səmədov Elnur Eldar oğlunun məişət şəraitinin yaxşılaşdırılması istiqamətindəki müraciətləri “YAŞAT” Fondu tərəfindən təmin ediləcək.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO