"Azadlıq -2015" seçkiləri boykot müzakirəsinə start verdi

Hazırda oxunan: "Azadlıq -2015" seçkiləri boykot müzakirəsinə start verdi

96509
"Azadlıq -2015" siyasi partiyalar blokunun fövqəladə toplantısı başa çatıb. 

Bu barədə Moderator.az-a blokun mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki , toplantıda irəli sürülmüş namizədlərin, bloka daxil olan bəzi  siyasi partiyaların sədrlərinin Milli Məclisə bu ilin 1 noyabrına təyin edilmiş seçkilərdə iştirakdan kənarlaşmaq barədə müraciətləri müzakirə edilib. İmza vərəqləri almaq üçün müraciətlərə qanunsuz əngəllər törədilməsi, namizədlərin müdafiəsi üçün  imza toplanmasına manelər yaradılması,  irəli sürülmüş namizədlərin öz namizədliklərindən imtinası üçün onlara təzyiqlər, o cümlədən yaxın qohumların təhdid edilməsi vasitəsi ilə təzyiqlər edilməsi, habelə demokratik  beynəlxalq aləm  və bir sıra yerli siyasi qüvvələr tərəfindən  bu seçkilərin boykot edilməsi əsas  göstərilərək həmin müraciətlərdə tələb edilir ki,  blok seçkilərdə iştirakdan imtina etsin və namizədlərini geri çəksin. 

Müzakirələrdə qeyd olunan faktlarla yanaşı seçkiətrafı ümumi siyasi mühitin iqtidarın hətta imitasyon demokratiya modelindən də imtina etməsi əlaməti kimi dəyərləndirilib. Məsələnin Azərbaycan siyasətində  geosiyasi   vektor dəyişikliyi ilə nəticələnə biləcəyindən xüsusi narahatlıqlar ifadə edilib. Seçkilərdə iştirak tərəfdarları seçkilərdən demokratik mübarizə vasitəsi  kimi istifadə  strategiyasının yarımçıq saxlanmasının fəsadlarını göstəriblər. Qərara alınıb ki, məsələ bloka daxil olan siyasi partiyaların kollegial səlahiyyətli orqanlarında baxıldıqdan və müvafiq qərar qəbul etmələrindən sonra həmin qərarlar nəzərə alınmaqla yekun qərar qəbul edilmək üçün  yenidən müzakirəyə  çıxarılsın.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO