Xalq artisti,xa0kamança ustası Habil Əliyevin vəfatından xeyli vaxt keçməsinə baxmayaraq onun əziz xatirəsi qonşu İranda da anılmaqda davam edir.
Axşam.az-ın məlumatına görə, İranın müxtəlif şəhərlərində onun yaradıcılığına həsr olunmuş mərasimlər keçirilib. Tehran və Təbrizdən sonra belə bir tədbir qədim İsfahan şəhərində təşkil olunub.
Tədbirdə İranın görkəmli musiqi xadimlərindən sayılan Nemətullah Sotude Habil Əliyev yaradıcılığının təkrarsızlığından bəhs edib.
Sonra Habil Əliyevə həsr olunmuş şeirlər oxunub. Məhşur kamança ustasının İrandakı möhtəşəm konsertlərindən fraqmentlər nümayiş olunub.
Mərasimdə çıxış edənlər vurğulayıblar ki, Habil Əliyevin Azərbaycan Respublikasında olduğu kimi, İranda da böyük məhəbbətlə sevilməsinin yeganə səbəbi onun kamançaya ruhən bağlılığı və yüksək insani keyfiyyətləridir. (AzərTac)




































































































