Yenidən qurulan Ağciyər Xəstəlikləri Xəstəxanasının açılışı oldu - FOTO

Yenidən qurulan Ağciyər Xəstəlikləri Xəstəxanasının açılışı oldu - FOTO

Hazırda oxunan: Yenidən qurulan Ağciyər Xəstəlikləri Xəstəxanasının açılışı oldu - FOTO

620101

Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Rahim Hüseynov, müşavir Töhfə Cəmilova, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Soltan Məmmədov, Pərvanə Vəliyeva, TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva və Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov iştirak edib.
 

N.Rəhmanov bildirib ki, ümumilikdə 38.270 kvadratmetr ərazidə yenidən qurulan tibb müəssisəsi 46 çarpayıdan ibarətdir. Xəstəxanada Diaqnostika, Anesteziologiya, reanimasiya və intensiv terapiya, Cərrahiyyə, Ağciyərdənkənar vərəm şöbəsi, o cümlədən  Qeydiyyat, Aptek və Texniki dəstək bölmələri fəaliyyət göstərir. 


Tibb müəssisəsi inzibati və mühəndis-texniki infeksion nəzarət tədbirləri, daxili separasiyalar və ventilyasiya sistemləri vasitəsilə tam təmin edilib, həmçinin xəstəxanada mərkəzləşdirilmiş oksigen təhcizatı sistemi qurulub. 

Ağciyərdənkənar vərəm şöbəsi ambulator və 20 çarpayılıq stasionar şəraitdə sinir sistemi, plevra, sümük-oynaq, dəri, bağırsaq, limfa düyünləri və digər orqanların vərəmi üzrə geniş spektrli tibbi xidmətlər göstərilmək üçün maddi texniki bazaya və kadr potensialına malik olan ölkə üzrə yeganə şöbədir.
 

Cərrahiyyə şöbəsində ftizio, torakal və ümumi olmaqla ixtisaslaşdırılmış cərrahiyyə xidmətləri üçün yaradılıb. Şöbə ümumilikdə 20 çarpayılıq palatalardan və cərrahi blokdan ibarətdir. 
Burada olan Cərrahiyyə bloku, soyunma-geyinmə otaqları, keçid zonalar, ayıltma və əməliyyatönü otaqlar tam müasir tibbi avadanlıqlarla təmin olunub. 


Həmçinin diqqətə çatdırılıb ki, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində 1 zal və 2 boks tipli olmaqla, hərəkətli çarpayı və ortopedik döşəklərlə təmin olunmuş 6 çarpayılıq reanimasiya otaqları, tibb personalı üçün otaqlar, müşahidə sahələri yaradılıb. Bu şöbə də müasir tibbi avadanlıqlarla tam təchiz olunub. 

Xəstəxanada yaradılmış Diaqnostika şöbəsində radioloji, laborator və funksional müayinələr aparılır.  Texniki dəstək bölməsində isə qazanxana, camaşırxana, təsərrüfat otaqları və anbar üçün ayrıca köməkçi sahələr ayrılıb.

Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanası sağlam şəxslərdə vərəmə yoluxma riskinin qarşısının alınması, ağciyər və ağciyərdənkənar vərəmli xəstələrdə cərrahi müalicəyə zərurət yarandığı hallarda çoxprofilli yardımın göstərilməsi, vərəmin müalicəsi üçün çətinliklərin aradan qaldırılması ilə əhaliyə ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi üçün mühüm  əhəmiyyət kəsb edir.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO