Kolumbiyalı azarkeşlər DÇ-2026-da ağlayan özbək uşağa belə təsəlli verdilər – VİDEO

Kolumbiyalı azarkeşlər DÇ-2026-da ağlayan özbək uşağa belə təsəlli verdilər – VİDEO

Hazırda oxunan: Kolumbiyalı azarkeşlər DÇ-2026-da ağlayan özbək uşağa belə təsəlli verdilər – VİDEO

620050

Futbol üzrə 2026-cı il dünya çempionatında kolumbiyalı azarkeşlər Özbəkistan millisinə azarkeşlik edən və komandasının məğlubiyyətinə görə ağlayan azyaşlı uşağı ürəkləndiriblər.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda cənubi amerikalı fanatların kiçik uşağın könlünü almaq üçün xüsusi olaraq "Özbəkistan!" deyə qışqırıblar.
 

Qeyd edək ki, Mexiko şəhərindəki məşhur "Atsteka" stadionunda keçirilən Özbəkistan - Kolumbiya qarşılaşması kolumbiyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Kolumbiya millisinin qollarını Daniel Munyos, Luis Dias və Haminton Kampas vurublar.


Xatırladaq ki, iyunun 11-də start götürən DÇ-2026 ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə keçirilir və iyulun 19-da yekunlaşacaq.
 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO