Beynəlxalq elmi-praktik konfransın iştirakçıları Şuşaya getdi - FOTO

Beynəlxalq elmi-praktik konfransın iştirakçıları Şuşaya getdi - FOTO

Hazırda oxunan: Beynəlxalq elmi-praktik konfransın iştirakçıları Şuşaya getdi - FOTO
94428
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 18-də “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, konfrans iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə yola düşüblər.

Yolboyu qonaqlara səfər barədə ətraflı məlumat verilib. Eyni zamanda, startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katranın moderatorluğu ilə yerli və xarici mütəxəssislər öz fəaliyyətləri barədə danışıb, müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, səfərin proqramında konfrans iştirakçılarının Qobustan Milli Tarix-Bədii Qoruğuna, Füzuli və Şuşa şəhərlərinə turları nəzərdə tutulub.

Xatırladaq ki, “Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə sentyabrın 19-da gerçəkləşəcək “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub.

Beynəlxalq konfransda 15-ə yaxın ölkədən, o cümlədən Türkiyə, Böyük Britaniya, İsrail, Almaniya, Hindistan, Qazaxıstan və digər ölkələrdən sahə üzrə ekspertlər, eləcə də yerli mütəxəssislər mədəniyyət iqtisadiyyatı ilə bağlı aktual məsələləri müzakirə edəcək və mövzu ilə bağlı təkliflərini səsləndirəcəklər.

Bizim.Media

Beynəlxalq elmi-praktik konfransın iştirakçıları Şuşaya getdi - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO