Bu il ali təhsil müəssisələrinə qəbul olan 32279 abituriyentdən 1000-i qəbul olduqları universitetlərdən imtina edib. Onların əksəriyyətini isə qızlar təşkil edir. xa0Əlbəttə ki, bunun bəzi səbəbləri mövcuddur.
“Ali məktəbə qəbul olan tələbələrin qəbul olduğu ixtisasdan imtina etməsinin əsas səbəbi təhsil haqqı ilə bağlıdır”x9d.
xa0Bunu ATV.az-a "Qərb Regional Təhsilə Dəstək İctimai Birliyi"nin sədri Nizami Məmmədli bildirib. Onun sözlərinə görə, yerdə qalan tələblər isə regionlarda yerləşən ali təhsil müəssisəsinə daxil olduqları üçün imtina ediblər. “Bunu onlar statistika xatirinə edirlər. “Mən qəbul oldum, amma getmirəm”x9d. Beynəlxalq təcrübədə, təhsil haqqına görə təhsildən imtina edən tələbələrlə bağlı güzəştlər mövcuddur. Dövlət bunu araşdırır. Məsələn, 1000 nəfərdən 200-ü müharibə veteranı, dövlətin ictimai-siyasi həyatında yer tutan şəxslərin yaxınları, yaxud da həddindən artıq kasıb biridirsə onlara “burs”x9d deyilən güzəştlər tətbiq edilir. Qonşu Türkiyə də bu təcrübədən istifadə edir. Hazırda Azərbaycanda bu proqramın tətbiqi, hələ ki, gözlənilmir”x9d.


































































































