Bir neçə xəstəliyi olan şəxslərə əlillik bu qaydada TƏYİN OLUNACAQ   

Bir neçə xəstəliyi olan şəxslərə əlillik bu qaydada TƏYİN OLUNACAQ   

Hazırda oxunan: Bir neçə xəstəliyi olan şəxslərə əlillik bu qaydada TƏYİN OLUNACAQ   

92325

Vətəndaşın bir neçə xəstəliyi varsa, hər bir xəstəliyin faizləri hesablanır və ən yüksək faiz dərəcəsi götürülərək əlillik təyin olunur.  

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova "Sosial saat"da məlumat verib.  

Onun sözlərinə görə, bir neçə xəstəlik üzrə faizlər eyni olarsa, yekun faiz 10 faiz artırılır.  

“Digər tərəfdən, bir xəstəlikdə faiz digərindən azdırsa, vətəndaşın xeyrinə olaraq yüksək faiz dərəcəsi götürülür”, - deyə sədr müavini bildirib.  

Qeyd edək ki, bu ilin iyulun 1-dən əlilliyin təyinatı yeni meyarlar üzrə aparılır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO