Çingiz Mustafayev doğum günündə Şabranda yad edildi - FOTO

Çingiz Mustafayev doğum günündə Şabranda yad edildi - FOTO

Hazırda oxunan: Çingiz Mustafayev doğum günündə Şabranda yad edildi - FOTO
90934
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın Milli Qəhrəmanı, məşhur telejurnalist Çingiz Mustafayev 62-ci doğum günündə Şabranda anılıb.

Bizim.Media xəbər verir ki, onun vaxtilə işlədiyi Şabran gigiyena və epidemiologiya mərkəzinin əməkdaşları Çingizin Şabran şəhərindəki xatirə kompleksini ziyarət ediblər.

Kompleks önünə tər güllər düzən keçmiş iş yoldaşları və kollektivin yeni üzvləri onu hörmətlə yad ediblər.

Şabran gigiyena və epidemiologiya mərkəzinin direktoru Asif Nəsibov çıxışında Çingiz Mustafayevin Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra 3 il - 1984-1987 -ci illərdə Şabranda sanitar həkim kimi işlədiyini xatırladıb.
Bildirib ki, sonradan Birinci Qarabağ Müharibəsində Xocalı faciəsini çəkib  dünyaya göstərən yeganə telejurnalist kimi taruxə düşən  Çingiz Mustafayevin ruhu indi şaddır.

Avqustun 26-da Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi vaxtilə laçınlıları geri qaytarmağa çalışan Çingizin ruhunu da şad edib.

Keçmiş iş yoldaşları mərhum  telejurnalistlə bağlı xatirələrini danışıblar.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Çingiz Mustafayev doğum günündə Şabranda yad edildi - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO