MİQ üzrə müsahibənin nəticələri elan olundu

MİQ üzrə müsahibənin nəticələri elan olundu

Hazırda oxunan: MİQ üzrə müsahibənin nəticələri elan olundu
90525
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

18-19-20 avqust tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin nəticələri elan olunub.

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan dili və ədəbiyyat, biologiya, fransız dili, informatika, musiqi, riyaziyyat, rus dili, tarix, texnologiya və təsviri incəsənət fənləri üzrə müsahibə nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibələrdə 1630 nəfər uğur qazanıb.

Uğur qazanan namizədlər 31 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmədirlər.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.

Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Qeyd edək ki, çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO