Mingəçevirdə ƏMƏLİYYAT – Narkotik alverçiləri saxlanıldı - FOTO

Mingəçevirdə ƏMƏLİYYAT – Narkotik alverçiləri saxlanıldı - FOTO

Hazırda oxunan: Mingəçevirdə ƏMƏLİYYAT – Narkotik alverçiləri saxlanıldı - FOTO
88368
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mingəçevir Şəhər Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər tutularaq məsuliyyətə cəlb olunub, onlardan müxtəlif növ narkotik vasitələr aşkar edilərək dövriyyədən çıxarılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər də məhkum olunmuş Rəhim Rəhimov saxlanılıb. 

Onun üzərindən heroin, yaşadığı ünvandan isə satış məqsədilə saxladığı külli miqdarda heroin, eləcə də psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici narkotacirdən onlayn yolla aldığını bildirib. 

Keçirilən növbəti əməliyyatlar nəticəsində isə daha 5 nəfər – əvvəllər də eyni əmələ görə məhkum olunmuş Pərvin Abbasov, Tural Mahmudov, Allahverdi Həmidov, Elxan Hacıyev və Elton Kərimov tutulub. Şəxsi axtarış zamanı onlardan müxtəlif növ güclü təsiredici narkotik vasitələr götürülüb. 
Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq aparılır. 

"Şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO