"BakuBus"ın direktoru vəzifəsindən azad edildi - Yeni Təyinat

Hazırda oxunan: "BakuBus"ın direktoru vəzifəsindən azad edildi - Yeni Təyinat
8724
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-yə rəhbərlik edən Azər Qasımov vəzifəsindən azad edilib.

Bizim.Media xəbər verir ki, şirkətə rəhbərlik Tural Mahmudova həvalə olunub. O, vəzifəsinin icrasına yanvarın əvvəlindən başlayıb.

Yeni direktor bu vəzifəyə təyin ediləndən əvvəl Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəhbəri olub.

Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO