AMEA AzTV-nin yalanını ifşa etdi -

AMEA AzTV-nin yalanını ifşa etdi - "Jurnalist həmin saatda orada olmayıb" – FOTOFAKT 

Hazırda oxunan: AMEA AzTV-nin yalanını ifşa etdi - "Jurnalist həmin saatda orada olmayıb" – FOTOFAKT 
85515
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, AzTV-nin iyulun 25-də Azərbaycan Milli Elmlər Akademiyasından hazırladığı reportaj geniş müzakirələrə səbəb olub.

Belə ki, kanalın müxbiri dünən 18:00-da AMEA-nın qarşısında olduğunu, lakin Akademiyanın heç bir işçisinin orada olmadığını qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

“AMEA boş çoxluğa bərabərdir” - AzTV-dən sərt tənqid - VİDEO


Lakin AMEA-nın Elmi Tarixi İnstitutunun elmi katibi, dosent Zaur Əliyev öz sosial şəbəkə hesabından etdiyi paylaşımda AzTV müxbirinin heç də deyilən saatda orada olmadığını sübut edib. Dosent 17:59-da Akademiyanı tərk etdiyini qeyd edib və ərazini lentə alan təhlükəsizlik kamerasının görüntülərini paylaşıb.  

Zaur Əliyev həmçinin saat 17:43-dən 18:21-ə qədər olan müddətdə çəkilən görüntüləri izləyicilərilə bölüşüb. Görüntülərdən də aydın olur ki, həmin zaman dilimində AMEA-nın qarşısında hər hansı çəkiliş qrupu olmayıb.  
Sözügedən fotoları təqdim edirik:  

Murad Əhmədov, Bizim.Media

AMEA AzTV-nin yalanını ifşa etdi -
AMEA AzTV-nin yalanını ifşa etdi -
AMEA AzTV-nin yalanını ifşa etdi -
AMEA AzTV-nin yalanını ifşa etdi -
AMEA AzTV-nin yalanını ifşa etdi -

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO