Qazilərin evini bir neçə nəfərə satan iş adamı qəzaya düşdü — VİDEO 

Qazilərin evini bir neçə nəfərə satan iş adamı qəzaya düşdü — VİDEO 

Hazırda oxunan: Qazilərin evini bir neçə nəfərə satan iş adamı qəzaya düşdü — VİDEO 
85363
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gün bundan öncə Bakı-Sumqayıt yolunda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı “BMW i8” markalı avtomobil dəmir arakəsmələrə çırpılıb.

Bizim.Media xəbər verir ki, qəzaya səbəb olan şəxs - ““BMW i8” avtomobilini idarə edən tanınmış iş adamı, “Progress” MTK-nin rəhbəri Emil Səməndərovdur.  

Demokrat.az-ın məlumatına görə, E.Səməndərov qəza nəticəsində ciddi xəsarətlər almayıb.

Məlumat üçün bildirək ki, E.Səməndərov qazilərin evini bir neçə şəxsə satması ilə gündəmə gəlmişdi.

Belə ki, MTK rəhbəri Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, Xırdalan şəhər İcra Hakimiyyətinin yanında 5 bloklu, 14 mərtəbəli, 364 mənzilli binadan ev alan vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunur - onun bir evi bir neçə nəfərə satdığı üzə çıxmışdı. 

Bizim.Media
 



Qazilərin evini bir neçə nəfərə satan iş adamı qəzaya düşdü — VİDEO  - foto 1
Qazilərin evini bir neçə nəfərə satan iş adamı qəzaya düşdü — VİDEO  - foto 2
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO