“Azərbaycanda xəbər oğurluğunun 10 ildən çox yaşı var”x9d

“Azərbaycanda xəbər oğurluğunun 10 ildən çox yaşı var”x9d

Hazırda oxunan: “Azərbaycanda xəbər oğurluğunun 10 ildən çox yaşı var”x9d

81536

“Yeni Nəsil”x9d Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyev Moderator.az-a açıqlamasında Azərbaycan mediasının əsas problemlərindən biri olan xəbər oğurluğu problemi və onun həlli yollarını şərh edib:

“Xəbər oğurluğu əslində çoxdanın problemidir. Bu oğurluğun 10 ildən çox yaşı var. Bu, jurnalistikanın olduqca aşağı səviyyədə olduğunu, kabinet jurnalistikasının mövcud olduğunu göstərir. Bu gün hər redaksiya faktiki olaraq kabinetdə oturan 5-6 nəfərdən ibarətdir və onlar bir-birlərindən xəbər oğurlamaqla məşğuldurlar. Bu problem mövcud Azərbaycan jurnalistikasının mahiyyətindən irəli gəlir. Mahiyyət dəyişməlidir. Bazar rəqabəti olmalıdır. Hansı ki, bu gün belə bir rəqabət yoxdur. KİV-in böyük əksəriyyəti bazardan asılı deyil. Istər televiziyalar, istərsə də qəzet və saytlar olsun, onlar bazardan yox, cibdən asılıdırlar. Onlar kimlərinsə ödədiyi maliyyədən asılıdırlar. Buna görə də inkişaf üçün sitimul yoxdur. Sitimul olmalıdır ki, jurnalistika inkişaf etsin, gəzsin, ayaq açıb yerisin. “Xəbəri ayaqlar gətirir”x9d kimi məşhur bir ifadə var. Xəbər oğurluğu problemi jurnalistikanın hazırkı durumundan irəli gələn törəmə problemdir”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO