Bu şəxslərin pensiyası yenidən belə hesablanacaq - FƏRMAN

Bu şəxslərin pensiyası yenidən belə hesablanacaq - FƏRMAN

Hazırda oxunan: Bu şəxslərin pensiyası yenidən belə hesablanacaq - FƏRMAN
81389
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, sənədə əsasən, dövlət məvacibindəki sonrakı artımlar dövlət qulluqçusunun müvafiq vəzifədə işlədiyi vaxt dövlət məvacibinə daxil olan ödənişlərdəki artımlara şamil olunacaq.

Qayda sınədinin 7-ci hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilib:

“Ailə üzvlərindən biri (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyası və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsinə əsasən sosial müavinət (ailə başçısını itirməyə görə sosial müavinət istisna olmaqla) aldıqda, ailə başçısını itirməyə görə ona düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə, onların əmək pensiyasının məbləği yenidən hesablanır.”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO