FHN-dən Vətən müharibəsi iştirakçılarına JEST - FOTO

FHN-dən Vətən müharibəsi iştirakçılarına JEST - FOTO

Hazırda oxunan: FHN-dən Vətən müharibəsi iştirakçılarına JEST - FOTO
80373
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə bir qrup Vətən müharibəsi qazisi və veteranının Xaçmaz rayonunda istirahəti təşkil edilib. 

Bizim.Media xəbər verir ki, Vətən müharibəsi iştirakçılarının yola salma mərasimində çıxış edən FHN Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bildirib ki, 6 gün nəzərdə tutulan istirahət Xaçmaz rayonu ərazisindəki "Orman" İstirahət mərkəzində olacaq. 

"İstirahət 44 günlük Vətən müharibəsində iştirak etmiş Bakı şəhərindən olan 44 nəfər qazi və veteran üçün nəzərdə tutulub. 

Səfər çərçivəsində veteran və qazilərin Xaçmaz şəhərində Heydər Əliyev abidəsinin, Şəhidlər Xiyabanın ziyarət olunması, həmçinin 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. 

Vətən müharibəsi qazilərinin və veteranlarının günlük istirahətlərinin səmərəli keçirmələri üçün mini futbol, voleybol, stolüstü tennis, bilyard, şahmat və digər oyunlar təşkili planlaşdırlıb. Həmçinin həmin oyunlar üzrə qazi və müharibə iştirakçıları arasında yarışlar da təşkil ediləcək. Yarışların qaliblərinə qiymətli hədiyyə və mükafatlar veriləcək. 
Tədbir çərçivəsində həmçinin 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi qazilərinin və veteranların Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılması da nəzərdə tutulub", M. İsmayılov deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO